Başqırdıstanda avtobus sürücüsü Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın (XHƏ) iştirakçısının oğlunu daşımaqdan imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə regional prokurorluq məlumat verib.
17 yaşlı gənc Oxlebinino kəndindən Ufaya getmək istəyib. İdarədən aydınlıq gətirilib ki, XHƏ iştirakçısının oğlu kimi avtobusla gediş pulsuz olmalıdır. Lakin sürücü bundan imtina edib.

















