“Qarabağ”ın qapıçısı Fabian Buntiç ötən gün Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyindən danışıb.
1xeber.media xəbər verir ki, təcrübəli qolkiper son dəqiqələrdə baş hakim Rəvan Həmzəzadənin ağdamlıların penaltisini vermədiyini bildirib: “Burada, ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi”.
O, matçdan sonra baş verən qalmaqal barədə isə bunları deyib: “Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.


















