Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli respublikamızın müxtəlif rayonlarından olan, müəllimlərin işə qəbul imtahanı ilə rayonun ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə görüş keçirib.
1xeber.media xəbər verir ki,görüşdə müəllimlərin təklifləri dinlənilib, həmçinin qarşıda duran hədəflər müzakirə olunub. Eyni zamanda icra başçısı müəllimlərin dərs dediyi yerlərdə hər hansı çətinliklərinin olub-olmaması, həmçinin onların iş şəraiti ilə maraqlanıb. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirilib.



























