1xeber.media xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali Tehranın ABŞ və İsrail ilə münaqişədə qalib gəldiyini elan edib.
Diplomat İran Ordusu Gününü qeyd edən tədbirdə çıxış edərək müharibəni qeyri-bərabər adlandırıb. O, vurğulayıb ki, "Onlar bütün hərbi potensiallarını İrana qarşı istifadə etdilər, lakin nəticə İran üçün tarixi bir qələbə oldu".
Cəlali əlavə edib ki, ABŞ və İsrail hərbi hücumu nəticəsində 220 uşaq və 250 qadın da daxil olmaqla 3000-dən çox mülki şəxs həlak olub. 125.600 mülki obyektə zərbə endirilib.
28 fevralda ABŞ və İsrail İrana hücum edib. Kütləvi raket zərbələrinə cavab olaraq, iranlılar ondan çox ölkənin neft və qaz ixracı və idxalı üçün əsas kanal olan Hörmüz boğazını bağladılar.

















