Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədilə elan edilmiş açıq tender ləğv olunub.
1xeber.media xəbər verir ki, layihənin icrası üçün nəzərdə tutulan ehtimal olunan qiymət 399.384,35 AZN məbləğində müəyyən edilmişdi.
Satınalma prosedurunun dayandırılmasına səbəb kimi "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinin tələbləri göstərilib. Rəsmi açıqlamaya əsasən, müsabiqədə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, habelə lazımi lisenziyalara malik olan təchizatçıların sayı üçdən az olduğu üçün yetərsay təmin edilməyib və bu səbəbdən tenderin ləğv edilməsinə qərar verilib. Rayonun yol infrastrukturunun yenilənməsini nəzərdə tutan bu işlərlə bağlı müsabiqənin növbəti dövrlərdə yenidən elan edilməsi gözlənilir.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətovdur.
32.gun.az

















