Rusiya qoşunları Kramatorsk istiqamətində hücumların sayını artırır.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun rəsmisi polkovnik-leytenant Dmitri Zaporojets məlumat verib.
“Ötən həftə ərzində ruslar zirehli texnika və mototexnikadan istifadə etməklə Ukrayna mövqelərinə üç dəfə hücum etməyə cəhd ediblər. Düşmənin hücumları dəf olunub, hərbçiləri isə məhv edilib.
Lakin nəzərə alsaq ki, düşmən təzyiqi artırır, aydındır ki, o, Kramatorsk istiqamətində planlaşdırdığı templə irəliləyə bilmir və artıq ona daha aktiv irəliləmək üçün əmrlər verilir”, - o qeyd edib.

















