Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın iştirak etdiyi Vaşinqtondakı tədbirdə baş verən silahlı hücumu pisləyib.
1xeber.media xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Mən ötən gecə Vaşinqtonda Ağ Ev müxbirləri üçün təşkil edilən şam yeməyi zamanı baş vermiş silahlı hücum cəhdini pisləyirəm. ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp da daxil olmaqla, heç kimin xəsarət almaması bizi sevindirir", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri vurğulayıb ki, demokratik ölkələrdə mübarizə yalnız ideyalar vasitəsilə aparılır və zorakılığın heç bir formasına yer yoxdur. O, paylaşımının sonunda prezident Trampa, xanımına, ABŞ administrasiyasına və Amerika xalqına ən xoş arzularını çatdırıb.

















