İranın Məşhəd şəhərindəki xatirə divarında son müharibə zamanı ölən yüksək vəzifəli şəxslərin şəkilləri ilə yanaşı ali lider Müctəba Xameneinin də fotosunun əks olunması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
1xeber.media xəbər verir ki, oğul Xameneinin taleyi ilə bağlı hələ ki, rəsmi açıqlamanın verilməməsi cəmiyyətdə ciddi narahatlıq, mübahisələr yaradıb.
Bildirilib ki, Müctəba Xameneinin fotoşəkli ölümü artıq rəsmi olaraq təsdiqlənmiş şəxslərin yanında yerləşdirilib.
Bunun təsadüfi xəta, yoxsa ali rəhbərlik daxilindəki hadisələrlə bağlı gizli bir siqnal olub-olmadığı bəlli deyil.
Axar.az
















