“Qarabağ”ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb.
1xeber.media xəbər verir ki, o, bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb.
E.Cəfərquliyev bir neçə müddətdir ikinci komandada məşq etsə də, baş məşqçi Maksim Medvedev ona oynamaq şansı vermirdi.
Elvinlə yanaşı Abbas Hüseynov da əvəzedici komandanın start heyətində yer alıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.


















