Aprelin 30-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində xidməti müşavirə keçirilib.
1xeber.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası FHN-in fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Müşavirədə nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yeniləndiyini, məhz bunun sayəsində baş verən fövqəladə hadisələrlə uğurla mübarizə aparıldığını diqqətə çatdırıb.
Struktur rəhbərlərinin məruzələrini dinləyən nazir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli vacib məsələlərə toxunub, müvafiq tapşırıqlarını verib.
Həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üçün yeni alınmış 5 ədəd “MAZ” markalı yanğınsöndürən avtomobilə baxış keçirib, onların taktiki-texniki göstəriciləri ilə yerində tanış olub.




















