Azərbaycan daim reallaşdırdığı uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi
kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi
diqqət və qayğı göstərir. Dövlət başçımızın aprelin 30-da Albaniyanın paytaxtı Tiranada
keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma
güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların
məşqçilərini qəbul Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının bariz
nümunəsidir. Görüş zamanı dövlətimizin başçısı ölkəmizdə idmanın uğurla inkişaf etdiyini,
respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin idmançılarımızın yerli və
beynəlxalq arenalarda qələbələrini xüsusi qeyd edib.
Prezident İlham Əliyev görüşdə deyib ki, “güləşimizin böyük ənənələri var və biz bu
ənənələri yaşadırıq”. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər
gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya
prosesi düzgün qurulub”.
Qeyd edilib ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi
inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi
yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, “Qızlara gəldikdə onların da
medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük
maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar,
mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə
bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst,
həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir”.
Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir
ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən
Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman
uğurla və sürətlə inkişaf edir. Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual
səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə
gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması,
milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri
tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan
uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və
məsuliyyəti dərk edir.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla
apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır.
Bəli, bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq, dil savadı ilə
seçilirlər və qürurvericidir ki, Liderimiz gənclərimizin daima yanındadır, biz gənclər üçün bir
örnəkdir. Biz gənclər də hər bir sahədə bu etimadı doğrultmaq üçün əllərimizdən gələni
əsirgəməməliyik.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü

















