Azərbaycan Hava Yolları QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
1xeber.media xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bu istiqamət üzrə reyslərə 3 maydan start veriləcək. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

















