1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin plenar iclasında çıxışı zamanı bildirib.

"İndi Azərbaycanla sülh münasibətlərimiz var. Artıq 2 il keçib ki, Azərbaycanla qarşıdurma nəticəsində heç kim xəsarət almır. Bu, müstəqilliyimizdən bəri görünməmiş nəticədir", - deyə o açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulub.