Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.
"Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim", - o qeyd edib.

















