Bu gün Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki "Kaztsink" metallurgiya zavodunun ərazisində güclü partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə şirkət özünün İnstaqram səhifəsində məlumat yayıb
İlkin məlumata görə, 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb:
"Tüstüsoran cihazının təmizlənməsi işləri zamanı partlayış, ardınca yanğın baş verib və konstruksiya qismən uçub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir".
Şirkət əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində çalışır və nəticələrin aradan qaldırılması işləri aparılır.
Hərtərəfli və obyektiv araşdırma aparılması üçün xüsusi komissiya yaradılıb. Hadisənin səbəbləri və şəraiti araşdırmadan sonra müəyyən ediləcək.

















