"Bir neçə Avropa ölkəsi Avropa qitəsində qarşıdurmaya doğru irəliləyir".
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Polşanın ən böyük ordu yaratmaq planları ilə bağlı xəbərləri şərh edərkən deyib.
"Özləri üçün strateji hala gələn bu xətti izləməklə, bəzi ölkələr Avropa qitəsində əhəmiyyətli qarşıdurmaya və gərginliyin artmasına yol açırlar. Bu, onların məsuliyyətidir", - deyə o vurğulayıb.
Peskov həmçinin qeyd edib ki, Polşa, bir sıra digər Avropa ölkələri kimi, Rusiyanı əsas təhlükə adlandırır, Moskva isə bunu rədd edir.

















