Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyanın 7 mayda keçirilən mətbuat konfransı seçki kampaniyası qaydalarının videotəqdimatını edib.
1xeber.media Ermənistan mediasına istinadən xəbər verir ki, Hovakimyan jurnalistlərin suallarını da cavablandırıb.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə əlaqəsi barədə suala cavab olaraq Hovakimyan qeyd edib ki, o, MSK-ya üç il yarımdır ki, rəhbərlik edir, lakin bu müddət ərzində bir dəfə də olsun səlahiyyətdən sui-istifadə etməyib.
"Mən "dürüst yaşamaq əxlaqlıdır" prinsipi ilə böyümüşəm", - MSK sədri bildirib.
Hakim partiyanın təzyiqi qarşısında bu prinsipə sadiq qalıb-qalmayacağı və ya istefa verəcəyi soruşulduqda, o, belə cavab verib:
"Siz mövcud hökuməti seçki nəticələrini saxtalaşdırmaq niyyətində ittiham etməklə onların günahsızlıq prezumpsiyasını pozdunuz. Xeyr, mən heç kimin saxtakarlıq etməsinə icazə verməyəcəyəm. Məni hazırkı parlamentin üzvləri seçiblər və hətta o zaman da Ermənistan Respublikasının rifahı naminə çalışacağımı və heç bir seçkinin saxtalaşdırılmayacağını bəyan etmişəm".
















