ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.
"20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və tabe olmayan 4 gəmini sıradan çıxarıb", - deyə bildirilib.
CENTCOM İran limanlarına gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu açıqlayıb.
















