Mayın 11-dən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəkrlər.
1xeber.media TASS-a-a istinadla xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşları Krallığa vizasız daxil ola və orada davamlı olaraq və ya təqvim ili ərzində 90 gündən çox olmayaraq qala bilərlər.
Eyni zamanda, Səudiyyə Ərəbistanı Krallığı vətəndaşlarına Rusiya Federasiyasına səfər edərkən oxşar hüquqlar verilir. "2025-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlarının Rusiyaya səfərlərinin sayı 35 faizdən çox, rusların isə Krallığa səfərlərinin sayı 42 faizə qədər artıb. 11 mayda qüvvəyə minən və bütün növ pasport sahibləri üçün viza tələblərini ləğv edən hökumətlərarası saziş bu cür mübadilələrin genişləndirilməsini asanlaşdırmaq məqsədi daşıyır", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
















