Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.
1xeber.media-nın xəbərinə görə, bu barədə “AzParking MMC”nin məlumatında bildirilib.
Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.
Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.
Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
















