Macarıstanın yeni baş naziri Peter Magyar bildirib ki, xidməti məqsədlər üçün statusuna görə kifayət qədər sadə hesab olunan "Skoda Superb" avtomobilindən istifadə edəcək.
1xeber.media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
Həmçinin, o, bildirib ki, heç bir hökumət iqamətgahında yaşamağı planlaşdırmır:
"Baş nazirin rəsmi avtomobili kimi ölkəboyu seçki turum zamanı insanlara tanış olan "Skoda Superb"dən istifadə edəcəyəm. Həmçinin rəsmi hökumət iqamətgahına köçməyəcəyəm".
Magyar son dövrlərdə istifadə etdiyi mavi rəngli "Skoda Superb" avtomobilinin fotosunu da paylaşıb. Macarıstan mediasının məlumatına görə, onun şəxsi evi Budapest şəhərinin ən nüfuzlu ərazilərindən biri olan Buda təpələrində yerləşir.
Qeyd edək ki, "Skoda Superb" modelinin yeni versiyalarının qiyməti Avropada təxminən 40-55 min avro arasında dəyişir. Bu da təxminən 75-103 min manat edir.

















