Gəncə Dövlət Universiteti publik hüquqi şəxsi müxtəlif növ inventarların və ofis mebellərinin satın alınması məqsədilə yeni tender elan edib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalma çərçivəsində universitet üçün sənəd dolabları, müəllim masaları, rəhbər kresloları, müxtəlif oturacaqlar və dəhliz xalçalarının tədarükü nəzərdə tutulur.
Ümumi ehtimal olunan qiyməti 91 414 manat təşkil edən bu layihədə istifadə olunacaq laminat materialların sıxlığı və keyfiyyət göstəriciləri ilə bağlı xüsusi texniki tələblər müəyyən olunub.
Hazırda inventarların alınması ilə bağlı müvafiq satınalma prosedurları icra mərhələsindədir.
Qeyd edək ki, 2014-cü ildən Gəncə Dövlət Universitetində rektoru Yusif Yusibovdur. 1951-ci il təvəllüdlü rektor vəzifəsindən 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor vəzifəsində çalışıb

















