Elm və Təhsil Nazirliyi (ETN) növbəti tenderini yekunlaşdırıb.
1xeber.media xəbər verir ki, nazirliyin nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, qurum İKT ekosisteminin davamlı texniki sağlamlıq və operativ müdaxilə xidmətini satın alacaq. Bu prosesi isə “AZEDUNET” MMC həyata keçirəcək.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən sözügedən layihənin icrasına görə, şirkətə 3 milyon 95 min 526 manat ödəniləcək.
Qeyd edək ki, bu tenderin icra müddəti 5 ay üçün nəzərdə tutulub. Görünür, Təhsil Nazirliyi texniki sağlamlıq və operativ müdaxilə layihəsinə görə, ilin sonuna kimi daha 3 milyon manat da xərcləmək fikrindədir.

















