Siyasi və iqtisadi şərhçi Pol Kreyq Roberts Rusiyanın Avropaya qarşı heç bir aqressiv planının olmadığını bildirib.
1xeber.media xəbər verir ki, O, bu açıqlamanı özünün YouTube kanalında verib.
Roberts Rusiya ilə Avropa arasında müharibə ehtimalını qiymətləndirib və Moskvanın münaqişəyə başlamaq niyyətində olmadığını vurğulayıb.
"Rusiyanın Avropaya qarşı heç bir aqressiv niyyəti yoxdur. Bu, sadəcə məntiqli deyil. Bu, onlara heç nə verməyəcək. Amma onlar əslində ticarət və sövdələşmələrdən faydalanırlar", - deyə o bildirib.
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev daha əvvəl bütün Avropa ölkələrinin Rusiya ilə müharibəyə fəal şəkildə hazırlaşdığını bildirib. O, həmçinin Avropa Birliyinin Ukraynadakı münaqişəni 2030-cu ilə qədər uzatmaq planlarını xatırladıb.

















