Çinin Quansi-Çjuan muxtar rayonunda 5.2 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, Liujou şəhərinin Liunan rayonunda ən azı 13 yaşayış binası uçub, 2 nəfər ölüb, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hökumət 7 mindən çox insanı təxliyə edib.

















