Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.
1xeber.media-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması gözlənilir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
















