"Münasibətlərimizdəki heç bir tərəfdaşımızı boşamaq niyyətində deyilik".
1xeber.media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir Rusiya Prezidenti Vladimir Putinin "boşanma" barədə açıqlamalarına cavab olaraq bildirib: "Siyasətimiz və diplomatiyamız tarix boyu bu cür boşanmaları tanımayıb. Biz belə bir münaqişə yaratmayacağıq. Daha doğrusu, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı münasibətlərdə gərginlik yaratmayacağıq. Biz çoxsaylı əlaqələrlə bağlı olan tərəfdaşlarıq və bu münasibətləri qarşılıqlı faydalı şəkildə inkişaf etdirmək üçün sağlam bir mühitdə müzakirə etməyə hazırıq. Əlbəttə ki, problemlər var. Dünyada bütün mümkün münasibətlərdə problemlər var və həmişə belə olub. Bu problemlərin həlli konstruktiv müzakirələr yolu ilə tapılmalıdır".
Mirzoyanın sözlərinə görə, bütün tərəflər digər tərəfin bu və ya digər məsələ ilə bağlı müstəqil qərar qəbul etmək hüququna böyük hörmətlə yanaşmalıdırlar.
Aİ və ya AİB qərarına gəldikdə isə, Mirzoyan qeyd edib ki, belə bir qərarın qəbul edilməsi vaxtı gələndə veriləcək: "Və bizə bu barədə kənardan məlumat verməyə ehtiyac yoxdur".
















