Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
















