Bakıda bir neçə gün əvvəl çox güclü yağışlar yağdı, bu da iqlim dəyişiklikləri ilə bağlıdır.
1xeber.media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tədbirdə deyib.
O bildirib ki, yağışlarla mübarizədə müəyyən islahatlar aparılmalıdır:
"Bu baxımdan bu görüşlər keçirilib, çıxış yolları tapmalıyıq".
















