İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1xeber.media xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident, əziz Qardaşım.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm".
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1xeber.media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
****
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1xeber.media xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.
Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.
Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir”.
















