Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko videobağlantı vasitəsilə nüvə təlimlərinə rəhbərlik ediblər.
1xeber.media xəbər verir ki, bu barədə “BelTA” nəşri məlumat yayıb.
“Bu, ilk belə birgə təlimdir. Lakin ayrı-ayrı elementlər, tərkib hissələri üzrə təlimləri baş qərargahlarımız, müdafiə nazirlərimiz hər rüb keçirirlər”, - Lukaşenko çıxışında bildirib.
Onun sözlərinə görə, Minsk və Moskva “heç kimə hədə-qorxu gəlmir”, lakin “Brestdən Vladivostoka qədər ümumi Vətəni” qorumağa hazırdırlar.
















