Keçən həftə ciyərlərindəki infeksiya səbəbindən reanimasiyaya yerləşdirilən 77 yaşlı "Yeşilçam"ın ulduzu Kadir İnanır süni tənəffüs aparatına qoşulub.
1xeber.media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən həyat yoldaşı Jülide Kural bildirib ki, həkimlər müdaxilələrin daha rahat aparılması və xəstənin ağrı hiss etməməsi üçün bu qərarı veriblər.
Onun sözlərinə görə, aktyorun ağciyərində infeksiyanın altında şiş aşkar edilib və vəziyyəti ciddi olaraq qiymətləndirilir.
“Hazırda çox riskli bir vəziyyətlə qarşı-qarşıyayıq. Ümid edirik ki, tezliklə yaxşı xəbərlər alacağıq” deyə, Jülide qeyd edib.
















