Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür.
1xeber.media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
O bildirib ki, Paşinyan Moskvanın təklif etdiyi imkanlardan istehzalı şəkildə istifadə edir və bu, doğru addım deyil.
Volodin əlavə edib ki, Ukrayna da vaxtilə oxşar davranış sərgiləyib:
"Bu, yaxşılığa doğru aparmır".

















