Ukraynanın keçmiş baş naziri Nikolay Azarov prezident Vladimir Zelenskinin Rusiyaya qarşı təhdidlərinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, Azarov bunu özünün Telegram kanalında yazıb.
Azarovun sözlərinə görə, Zelenski Ukraynadakı münaqişəni qızışdırır. Keçmiş Ukrayna baş naziri dövlət başçısının Rusiyanı açıq şəkildə vurmaqla hədələdiyini xatırladıb.
"Mənim fikrimcə, bu cür şeylərə cavab verilməlidir. Əks halda, bütün bunlar III Dünya Müharibəsi riski ilə dolu ciddi bir münaqişə ilə başa çatacaq", - deyə o, Qərb ölkələrini çağırıb.
Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı Zelenski Moskvada 9 may paradına zərbə endirməklə hədələyib. "Bu parad zamanı Ukrayna dronları da uça bilər", - deyə o bildirib.















