Fariz Quliyev prezident İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət edib.
1xeber.media həmin müraciəti təqdim edir:
Möhtərəm prezident! Mən Naxçıvanın Şahbuz rayonunda ailəmlə birlikdə yaşayıram. İki qardaşım qazidir. Bu günədək biz nəinki heç bir dövlət qayğısı-filan görməmişik, hiss belə etməmişik. Öz şəxsi ata evimizin həyətində dolanışıq üçün dükan tikməyimizə dövlət orqanları imkan vermirlər. Şahbuz rayon İcra Hakimiyyəti ilə Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələni bir-birinin üstünə atır, nəticədə, olan bizim ailəmizə olur.
Qeyd edim ki, hal-hazırda Şahbuz tikinti meydançasına bənzəyir. Hər kəs hansısa bir maraq qarşılığında tikir. Deməli, bu ayrıseçkilik, qadağa tək bizə, iki Qazisi olan ailəmizə qoyulur.
Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da, problemdən xəbərdardır.
Sizdən xahiş edirəm ki, bu haqq işimizdə, bizə, imtiyazlı ailə olaraq, müvafiq köməklik edəsiniz.

















