Mayın 29-da Xankəndi şəhərində Çay və Qəhvə Festivalının açılışı oldu. Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 20-dən çox yerli şirkət öz məhsullarını nümayiş etdirir.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində. Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfər meydanında keçirilən festivalda, tədbir iştirakçıları çay və qəhvə mədəniyyəti ilə yaxından tanış olmaq, müxtəlif növ məhsulları dadmaq və yerli istehsalçıların təqdim etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edirlər.
Festival proqramına müxtəlif əyləncəli və mədəni tədbirlər də daxildir. Gün ərzində qonaqlar üçün musiqili-konsert proqramları təşkil olunur, tanınmış ifaçıların çıxışları təqdim edilir.Festivalın keçirilməsində əsas məqsəd yerli istehsalçıların fəaliyyətinin təşviqi, çay və qəhvə mədəniyyətinin təbliği, həmçinin Xankəndinin sosial-mədəni həyatının daha da canlandırılmasıdır.
Tədbir şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Festival mayın 30-dək davam edəcək.



























