Bu il Azərbaycandan Həcc ziyarətinə yollanan 1150 zəvvarın vətənə qayıdış tarixləri məlum olub.
1xeber.media xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib ki, zəvvarların Azərbaycana ilk dönüş reysi iyunun 6-da həyata keçiriləcək.
Onun sözlərinə görə, zəvvarlarımızın vətənə son uçuşu iyunun 9-da baş tutacaq.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota çərçivəsində ümumilikdə 1150 nəfər müqəddəs ziyarətə yollanıb.















