"ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair danışıqlar ləng tempdə davam edir".
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz istədiyimiz nəticəyə yavaş-yavaş nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu proses çox vaxt aparır", - deyə o vurğulayıb.
Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Donald Trampın fikrincə, İran ABŞ-nin təkliflərinə kifayət qədər operativ cavab vermir.
















