“Sabah” komandası futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.
Klubdan 1xeber.media-ya bildirilib ki, nigeriyalı oyunçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
O, Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.















