İsrailin Livanın cənubundakı Sidon bölgəsindəki Adlun şəhərinə endirdiyi hava zərbləri zamanı evin uçması nəticəsində dağıntıların altında qalan 1 ailədən olan 9 suriyalı qaçqın, o cümlədən 6 uşaq həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi olan NNA məlumat yayıb.
Bildirilib ki, İsrailə məxsus təyyarələr Adlun şəhərində mülki əhalinin yaşadığı evi hədəfə alıb.
Livanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il martın 2-dən indiyədək İsrailin hücumları nəticəsində bu ölkədə 3371 nəfər ölüb.















