“Məni atam sevməyib, o sevgini mənə verməyib həyatımda. Necə əks cins məni sevə bilər?”.
1xeber.media xəbər verir ki, bunu müğənni və aparıcı Ellada Eyvazova deyib.
O, ailəsinin bəzi sirlərini də açıqlayıb: “Anama ev almağa mən kömək etmişəm. Ailəmi mən saxlamışam. Valideynlərimin boşanmasını belə özüm etmişəm”.
Vəkil Fərhad Mehdiyev isə E.Eyvazovanın bu fikirlərinə sərt reaksiya verib:
“Belə şeyləri paylaşmaqla, anormallıqları, əxlaqsızlıqları təbliğ etməklə bəzi “jurnalistlər” Azərbaycan ailəsini dağıtdılar. Atasından zəhləsi gedən, anasını atasından boşatdıran və bunla fəxr edən insanı niyə təbliğ edirsiniz? Əxlaqsız müğənniləri təbliğ etməkdən yorulub indi də valideyinlərinə nifrət edənləri təbliğ edirsiniz? Beyin yaxşı şeydir; istifadə edin”.
Qeyd edək ki, sözügedən paylaşıma gələn rəylər də birmənalı olmayıb.
















