“Bakı-Tbilisi-Qars dəmir yolu layihələndirilərkən sərnişin daşınmalarının həyata keçirilməsi planlaşdırılırdı və yol buna uyğun inşa olunmuşdu”.
1xeber.media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları"nın sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə sərnişin daşınması ilə bağlı hər hansı bir plan yoxdur.
Xatırladaq ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
















