İyunun 4-də Ankara Universiteti rektorluğunda “Qars və Qərbi Azərbaycanın ənənəvi geyim mədəniyyəti ortaq irs işığında” adlı konfrans və sərgi keçiriləcək.
1xeber.media xəbər verir ki, Ankara Universitetinin İncəsənət fakültəsi və Qərbi Azərbaycan İcması Şərqi Anadolu və Qərbi Azərbaycan xalqlarının ənənəvi geyimlərinə həsr olunmuş tədbirə təşkilati dəstək verəcək.
Tədbirdə Ankara Universitetinin rəhbərliyi, diplomatlar, parlament üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, alimlər və mütəxəssislər iştirak edəcəklər.
Konfrans iştirakçıları iki qardaş xalqın mədəni kodunun təzahürü kimi milli geyim ənənələri ətrafında müzakirələr aparacaqlar.
















