Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb.
1xeber.media “Qafqazinfo”-ya istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
N.Babayeva bildirib ki, çalışdığı müddətdə Kəlbəcərdə həyata keçirilən bir sıra layihələrin, əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində iştirak edib.
Qeyd edək ki, N.Babayeva 2024-cü ilin sentyabr ayından bu vəzifəni icra edirdi.















