Türkiyənin tanınmış xəbər aparıcısı Reha Muhtar vəfat edib.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı jurnalist müalicə aldığı xəstəxanada ölüb.
O, bir müddət əvvəl ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, R.Muhtar müxtəlif dövrlərdə bir çox televiziya kanallarında fəaliyyət göstərib. Şəxsi həyatı ilə də tez-tez gündəmə gəlmiş jurnalist 1983-cü ildə həmkarı Selin Çağlayanla evlənsə də, bu nikah beş il sonra bitmişdi. Aktrisa Deniz Uğurla münasibətindən isə Mina və Poyraz adlı əkiz övladları var.
















