Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində hərbi şəhərcik inşa etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat yayıb.
Onun sözlərinə görə, tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur:
”Hərbi şəhərciyin yaradılması milli təhlükəsizlik sahəsində strateji qərardır. Layihə ölkənin müdafiə qabiliyyətini gücləndirəcək”.
















