Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununu keçirəcək.
1xeber.media xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkəcək.
"Tipos Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Serbiyanı məğlub edərək finala vəsiqə qazanıb.















