XANKƏNDİ – İşğaldan azad edilmiş ərazilərdə böyük qayıdışın tərkib hissəsi olan Qarabağ Universiteti özünəməxsus tələbəyönümlü korporativ mədəniyyəti ilə diqqət çəkməyə davam edir.
1xeber.media xəbər verir ki.ali təhsil müəssisəsinin rektoru iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov növbəti dəfə tələbələrlə qeyri-rəsmi və səmimi mühitdə görüşüb.Universitetin mətbuat xidmətindən verilən məlumata görə, rektor Şahin Bayramov ali məktəbin yeməkxanasında gənclərlə birlikdə səhər yeməyi yeyərək onlarla səmimi söhbət edib. Görüşün əsas məqsədi rəhbərliklə gənclər arasında birbaşa dialoqun qurulması, tələbələrin sosial və təhsil ehtiyaclarının yerindəcə dinlənilməsidir.
















