Gəncə Dövlət Universiteti (GDU) tədris və təsərrüfat üçün müxtəlif əsas vəsaitlərin satınalınmasına dair tender elan edib.
1xeber.media xəbər verir ki, təhsil ocağı bu məqsədlə 287 min 159 manat pul ayırıb.
Qeyd edək ki, bu qədər vəsaitlə GDU 28 adda mal və məhsul almaq fikrindədir. Onların arasında 25 ədəd Monoblok, 40 ədəd Notebook, 3 ədəd rəngli printer, 3 ədəd ağıllı lövhə, 10 ədəd proyektor və 10 ədəd 3 D xüsusiyyətli printer var.
Maraqlıdır, tədris ili başa çatır. Universitetlər heyətini tətilə göndərir. GDU rəhbərliyi isə indi bu tip mal və məhsulların alınmasını reallaşdırmağa çalışır.
















