1xeber.media xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə İngiliscə"yə verdiyi müsahibədə Ukraynadakı münaqişənin 2026-cı ildə bitə biləcəyini bildirib.
Onun sözlərinə görə, bu, bir neçə insanın iradəsindən asılıdır. "Əgər belə bir iradə və istək varsa, bu müharibələr bu il bitə bilər", - deyə o bildirib.
Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin rusiyalı oliqarx Roman Abramoviçlə görüşündə Donbasda mümkün ərazi güzəştlərini rədd etdiyi bildirilirdi. Ukrayna lideri həmçinin Abramoviç vasitəsilə Rusiya prezidenti Vladimir Putinə mesaj çatdırıb.
















